Bakıda 20 yaşlı qadının məktəb şagirdlərinə narkotik satması hadisəsinin TƏFƏRRÜATIbackend

Bakıda 20 yaşlı qadının məktəb şagirdlərinə narkotik satması hadisəsinin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Konfet adı ilə narkotik maddə alan məktəblilər hadisənin təfərrüatını danışıb.
Baku TV xəbər verir ki, Binəqədi qəsəbəsindəki 179 saylı tam orta məktəbin qarşısında dayanmaqla 7-8-ci sinif şagirdlərinə narkotik maddəni əvvəlcə konfet adıyla pulsuz verən, onlarda asılılıq yarandıqda isə hər bir həbi 15-20 manata satan qadın bu gün həbs edilib.Məktəblilər qadını hər gün səhər saatlarında gördüklərini bildiriblər.
Hadisə ilə bağlı məktəb rəhbərliyi danışmaqdan imtina edib.
Qeyd edək ki, məktəblilərə narkotik maddə satan qadının qeyri-rəsmi nikahdan iki yaşlı qızı da var. Görünür, 2 yaşında övladının valideynsiz böyüməsi qorxusu da onu bu işdən çəkindirə bilməyib.
Ətraflı süjetdə: