Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.
Bakıda mənzildən meyitləri tapılan əcnəbilərin şəxsiyyəti müəyyənləşib.
TİA.AZ APA-ya istinadən bildirir ki, Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında baş verib.
Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.
Polisdən həmçinin bildirilib ki, hadisə zamanı ölən iki nəfər – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus tələbə, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata isə futbolçudur. Əcnəbi tələbələr Texniki Universitetdə oxuyub.
Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən istintaq araşdırması davam etdirilir.