Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü

Bakıda 15 yaşlı qız ana oldu, özü və körpəsi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.

TİA.AZ ” “Report”a istinadən xəbər verir ki, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.

Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.

Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından  bildirilib ki, doğum sözügedən xəstəxanada qeydə alınmayıb: “Yeniyetmə qız 3 saylı Şəhər Klinik Xəstəxanasın aqonal vəziyyətdə gətirilib. O, tibb müəssisəsinə qanaxma ilə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Doğuş bu xəstəxanada qeydə alınmayıb”.