backend

Bakıda 14 şagird “Oba”dan alınan şokoladdan zəhərlənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yayılan xəbərlər qaralama məqsədi daşıyır” 

“Yayılan xəbərlər qaralama məqsədi daşıyır”

Mayın 19-da Bakının Suraxanı rayonunda yerləşən 278 saylı orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə faktı ilə bağlı mətbuatda xəbərlər yayıldı.

“Qaynarinfo” xəbər verir ki, buna səbəb kimi “OBA” mağazasından alınan “Vesley bello” şokoladlarının olduğu bildirilirdi.

Məsələ ilə bağlı “Qaynarinfo” məktəbin direktoru Məlahət Əliyeva ilə laqə saxlayıb. Məlahət xanım Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə əlaqə saxlamağlı məsləhət bildi.

İdarədən saytımıza verilən yazıçılı açıqlamada bildirilir: “Məktəbdən verilən məlumata əsasən, mayın 19-da paytaxtdakı 278 nömrəli tam orta məktəbin VII sinif şagirdlərindən biri dərsdən öncə həyətdə bir neçə sinif yoldaşına şokolad verib. Həmin gün III dərsdə bəzi uşaqlarda ürəkbulanması müşahidə olunub. Dərhal təcili tibbi yardım xidməti çağırılıb, uşaqlar xəstəxanaya aparılıb. Müvafiq tibbi yardım edildikdən sonra uşaqlar evə buraxılıb. Hazırda uşaqların vəziyyəti yaxşıdır”.

Sabunçu rayon 5 №-li Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Raifə Qurbanova isə Qaynarinfo-ya açıqlamasında zəhərlənmə faktını təsdiq etməyib:

“14 nəfər şagirdin zəhərlənməsi ilə bağlı bizə müraciət etmişdilər. Deməli uşaqların birində qurd xəstəliyi aşkar edilib, digər bir şagird isə bağırsağından əməliyyat olunduğu üçün məktəbdə vəziyyəti pisləşib. Onlardan soruşanda şokalad yediyiklərini deyiblər. Bunu da digər sinif yoldaşları verib. Qalan 12 uşaq isə dərsdən qalmaq üçün onlar da ürəklərinin bulandığını deyərək təcili yardıma miniblər. Biz də təbii ki, buraya gələn bütün uşaqları yoxlayırıq. Həmin uşaqların hamısından mədə möhtəviyyatı və bağırsaq analizi götürülüb. Burada müayinə etdikdən sonra geri göndərdik. Hamısı sağlamdır. Burada qida zəhərlənməsindən söhbət gedə bilməz”.

“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev isə yayılan xəbərlərin qaralama məqsədi daşıdığını və marketin məhsullarının bütün standartlara cavab verdiyini qeyd edib:

“Bəzi saytlarda gedən məlumatlar həqiqəti əks etdirmir. Xəstəxana ilə əlaqə saxlamışıq və ilkin həkim rəyində heç bir qida zəhərlənməsindən söhbət getmədiyi qeyd olunub. 4 gün ərzində isə ekspertizanın nəticəsi məlum olacaq və əgər qida zəhərlənməsi olubsa, bu, özünü göstərəcək. “OBA” marketlərində satılan bütün məhsullarımız daim nəzarətdə saxlanılır və buna görə xüsusi nəzarət qrupu fəaliyyət göstərir. Həmçinin satdığımız bütün məhsullar marketin xüsusi laboratoriyasında laborator analizlərdən keçir, onların keyfiyyəti, istifadəyə yararlı olub-olmaması aydın olduqdan sonra bazara çıxarılır. Ümumilikdə isə zəhərlənmə ilə bağlı yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Lakin, yenə də məsələni nəzarətdə saxlayacağıq”.