Bakıda 12 milyona villa satılır: Alan şəxsin adı gizli qalacaq (FOTOLAR)backend

Bakıda 12 milyona villa satılır: Alan şəxsin adı gizli qalacaq (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı şəhərində villa rekord qiymətə – 12 milyon manata satışa çıxarılıb.
Mülk Bilgəh qəsəbəsində yerləşir.
100 sot həyətyanı ərazisi olan villa eksklüziv dizayner mebelləri, əntiq çilçıraqlar və rəsm əsərləri ilə təchiz olunub.
Elanda qeyd olunur ki, iqamətgah Bilgəhin ən dəbdəbəli küçəsində tikilib. 2 mərtəbəli lüks villanın ümumi sahəsi 1600 kvadrat metrdir və 12 otaqdan ibarətdir.
Villada bilyard otağı, kino zalı, qapalı hovuz və sauna da var.
Mülkün həyətyanı sahəsində müxtəlif meyvə və dekorativ ağaclar əkilib.
Bütün sənədlərinin qaydasında olduğu bildirilən villanı alacaq şəxsin məxfiliyinin qorunacağına söz verilir.