Bakıda 11 yaşlı itkin düşüb.
Bu barədə anası Elnarə Məmmədova məlumat verib.
E.Məmmədovanın sözlərinə görə, paytaxtın Nərimanov rayonu Yanvar Nəsirov küçəsi, ev 4 ünvanında yaşayan 11 yaşlı Ağamir Nəcəfi dünən saat 14:00 radələrində evdən çıxaraq, bir daha geri qayıtmayıb: “Ağamir hadisədən əvvəl icazəsiz evdən çıxdığı üçün atası Abbas və mən onu danladıq. Bundan sonra o, yenə icazəsiz evdən çıxıb, lakin geri qayıtmayıb. Biz hələ də oğlumuzdan bir xəbər ala bilmirik”.
Onu görənlərdən (050) 222 19 24 nömrəli telefona zəng vurmaları xahiş olunur. (report)