Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.
Tribunainfo.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən sözügedən vəzifəyə Güven Çolakın təyin olunduğu bildirilib.
Məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təyinat münasibətilə Güven Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı Yunus Əmrə İnstitutunun direktoru vəzifəsini Selçuk Karakılıç icra edib.