Bakı məqsədinə çatdı. Əldə edilmiş razılığa əsasən Ağdam – Xankəndi yolu vasitəsilə Bakıdan hümanitar yardım Qarabağ ermənilərinə çatdırılacaq.
Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Zaur Məmmədov xatırladıb ki, bir neçə həftə əvvəl Ağdam – Xankəndi yolunun açılmasından sonra Laçın yolunun açılacağı ilə bağlı şərt qoyulmuşdu. Yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin bir sutka qalmış separatçılar Bakının tələbinə qarşı çıxmışdılar:
“Beləcə, ümidləri boşa çıxan separatçılar və Ermənistan hakimiyyəti dəmir iradə qarşısında təslim oldular. Dünən 6 saat davam edən Xankəndidəki iclasda bu və dialoq mövzusu müzakirəyə çıxarılmış və Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yollarının olmadığı başa düşülmüşdür”.