Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunu kimi gözlənilərn sülh sazişinin imzalanması üçün müxtəlif təkliflər meydana çıxıb. Tribunainfo.az xəbər verir ki, ilk olaraq Qazaxıstan sülh sazişinin imzalanması üçün Astana şəhərini təklif edib.
Rəsmi Bakı bu təklifə müsbət reaksiya verib. Bildirilib ki, Astanada Ermənistanla müzakirələr aparmaqda problem yoxdur.
Dünən isə daha bir təklif Macarıstandan gəlib. Tribunainfo.az xəbər verir ki, bu ölkənin xarici işlər və ticarət naziri Peter Szijarto bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Budapeştdə imzalana bilər. “Biz sülh sazişinin Budapeştdə imzalanması və tərəflərin görüşünü təşkil etməyə hazırıq”.