Bakı və İrəvan: nə bahadır, nə ucuz? – Müqayisəbackend

Bakı və İrəvan: nə bahadır, nə ucuz? – Müqayisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanların yaşayış səviyyəsini araşdıran məşhur “Numbeo” saytı Bakı və İrəvan əhalinin rifah səviyyəsini müqayisə edib. Tribunainfo.az xəbər verir ki, “Numbeo” Bakının İrəvandan yaşamaq üçün daha ucuz olduğunu qeyd edib.
Araşdırma zamanı “Numbeo”nun mütəxəssisləri bildiriblər ki, əgər mənzil kirayə haqları nəzərə alınmasa, Bakıda yaşayış minimumu İrəvandan 28,7% aşağıdır. “Çünki Bakıda kirayə qiymətləri İrəvandakından 50,1% aşağıdır”.
Sayt Bakıda restoranlardakı qiymətlərin İrəvandakılardan 26,0% aşağı olduğunu da vurğulayıb. Eyni zamanda, Bakıda ərzaq məhsullarının qiymətlərinin də İrəvandan 20 faiz aşağı olduğunu qeyd edib. “Bakı əhalisinin alıcılıq qabiliyyəti İrəvandan 36,7% yüksəkdir”.
“Numbeo” yekunda Bakıda eyni yaşayış səviyyəsini saxlamaq üçün təxminən 2543 dollar (təxminən 4324 manat) tələb olunduğunu müəyyən edib. “İrəvanda isə mənzil kirayəsi də daxil olmaqla, bir ailənin yaşaması üçün 3875 dollar (1,5 milyon dramdan çox) vəsait lazımdır”.