“Düşünmürəm ki, Türkiyə Ermənistan-Azərbaycan danışıqlarında vasitəçi olmağa çalışır”. Tribunainfo.az xəbər verir ki, bunu ekspert Ruben Safrastyan deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Rusiya ilə hər nə qədər yaxın görünsə də, Türkiyə ilə yaxınlıq ondan daha dərindir. “Türkiyə ilə Azərbaycan arasında münasibətlər o həddə çatıb ki, Rusiya onlara təsir etmək iqtidarında deyil”.