Bakı və Ankara bizə Naxçıvandan mesaj verdi – Manoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda hərbi fəaliyyətlərin yenilənməsi Türkiyənin maraqlarına cavab vermir. 

Qarabağda hərbi fəaliyyətlərin yenilənməsi Türkiyənin maraqlarına cavab vermir.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi Kiro Manoyan söyləyib. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağda böyük müharibənin başlanmasına izn verməməlidirlər:

“Naxçıvanda Türkiyə ilə Azərbaycanın başlatdığı hərbi təlimlər Ermənistan və İrana mesajdır. Ermənistan gərək Naxçıvanın güc yolu ilə Azərbaycana qatılması məsələsini və onun beynəlxalq statusunu qaldırsın”.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində Naxçıvanda 5 min hərbçinin iştirakı ilə böyük təlimi başlayıb. Bu, İrəvanda təşvişlə qarşılanıb.