Bakı Ukrayna-Rusiya sülh danışıqları platformasına çevrilir?backend

Bakı Ukrayna-Rusiya sülh danışıqları platformasına çevrilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq üç ilə yaxındır ki, davam edən Rusiya-Ukrayna müharibəsi daha təhlükəli mərhələyə qədəm qoyub. Ukraynanın qəfildən Rusiyanın ərazisinə girməsi, Kurskda böyük ərazini götürməsi prosesi daha dərin məcraya salmaqdadır. Tribunainfo.az xəbər verir ki, bütün bunların fonunda iki ölkə arasında sülh danışıqları məsələsi də gündəmdən düşməyib.

Belə ki, istər Rusiya, istərsə də Ukrayna sülh danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər. Düzdür, tərəflərin təklifləri üst-üstə düşmür, lakin ortaq məxrəcə gəlmələri üçün də imkanlar az deyil.

Hazırda Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında kimin vasitəçi olacağı məsələsi də müzakirə mövzusudur. Uzun zamandır Türkiyə bu prosesdə ən aktiv tərəf kimi çıxış edir. Bir neçə dəfə İstanbulda keçirilən görüşlərdə də mövzu müzakirə olunub. Yalnız “raxıl dəhlizi” məsələsində ortaq məxrəcə gəlinib ki, bu da sülh prosesi üçün təkanverici faktor hesab olunmur.

Tribunainfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Bakıya son səfərindən sonra isə ortaya yeni bir iddia atılıb. Bu iddianın müəllifləri isə çox maraqlıdır ki, erməni mediası və onların istinad etdikləri erməni siyasi ekspertləridir. “Hrapark” qəzeti bununla bağlı yazır ki, Azərbaycan yaxın günlərdə Moskva ilə Kiyev arasında sülh danışıqlarının əsas vasitəçəiliyini üzərinə götürə bilər. Qəzetin iddiasına görə, Türkiyənin köməyi ilə bu günlərdə Azərbaycan gələcək Rusiya-Ukrayna danışıqları platformasına çevrilmək üçün çox iş görür.

Erməni nəşri vurğulayır ki, Bakının bu addımı onun Qərbdəki çəkisini xeyli artıra və siyasi mövqelərini gücləndirəcək. Bu azmış kimi, “Hraparak” onu da iddia edib ki, Azərbaycan Prezidenti Rusiya, İran və Qərblə ümumi anlaşma əldə etməklə, bu üç məsələ üzərində ciddi çalışır.

Qeyd edək ki, Azərbaycan bir çox məsələlərdə vasitəçilk etməklə yanaşı, həm də sülh platforması kimi çıxış edib. Yəni, təcrübə baxımından Bakı bu proseslərə naşı deyil. Digər tərəfdən, Azərbaycanın beynəlxlaq aləmdə nüfuzu kifayət qədərdir və bu səbəbdən də bizə etimadın göstərilməsi mümkündür. Həmçinin Bakının həm Moskva, həm də Kiyevlə münasibətləri çox yaxşıdır və bu Azərbaycanın sülh danışıqları üçün platformaya çevrilməsinə ciddi əsaslar verə bilər. Burada Qərbin də Bakıya olan etimadını, enerji məsələlərində müttəfiqlik etdiyini nəzərə almaq lazımdır. Yəni, Qərb də buna qarşı çıxmayacaq. Üstəlik, ortada Türkiyənin ciddi dəstəyi varkən.

Bir sözlə, Azərbaycan Rusiya və Ukrayna arasında gözlənilən sülh danışıqların üçün ən uyğun platforma sayıla bilər. Bu baş verərsə və lazımi nəticə əldə olunarsa, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu bir xeyli artacaq və gələcəkdə digər münaqişələrin həlli üçün də ən etibarlı və optimal platformaya çevrilməsinə imkan verəcək.