“Bakı Tikiş Evi” cərimələndi

“Bakı Tikiş Evi” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Tikiş Evi” ASC barəsində inzibati xəta haqqında icraat başladılıb.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Bakı Tikiş Evi” İnzibati Xətalar Məcəlləsinin Gömrük Qaydaları Əleyhinə olan 485.2-ci Maddəsini pozub.
İcraat hər hansısa qurum mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi zamanı başladılır.
“Bakı Tikiş Evi” 485.2.-ci maddəyə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimələnib. Maddəyə əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
ASC-nin işinə 22 yanvar tarixində Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.