Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa ediləcək.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Tribunainfo.az-a məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov qiymətlər və perspektivlər barədə danışıb.
Ekspertin sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında qatar yolunun mayın 1-dən açılması qərarı hələ verilməyib. Sadəcə müzakirələr gedir. Və bu məlumatı da Gürcüstan tərəfi yayıb.
“Buna görə də hal-hazırda qatar qiymətləri ilə bağlı məlumat da hələ ki, yoxdur. Dəqiq məlumat apreldə məlum olacaq”.
Dəniz