BAKI TENNİS AKADEMİYASINDA MƏSULİYYƏTSİZLİK-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkə istifadəçisi Aytən Abbasova Bakı Tennis Akademiyasının hovuz administrasiyasından narazılığını bildirib. 

Sosial şəbəkə istifadəçisi Aytən Abbasova Bakı Tennis Akademiyasının hovuz administrasiyasından narazılığını bildirib.

TİA.AZ xəbər verir ki, istifadəçi orda baş verən hadisələri və çatışmazlıqları söyləyib:

“Heç də ucuz olmayan bu hovuzda cəmi bir məşqçi var. Məşqçi uşaqlara qarşı çox diqqətsizdir, tapşırığı özün gedib, deməsən vermir. Verdiyi tapşırığın da yerinə yetirilməsinə nəzarət etmir. Tez- tez hovuzu başlı- başına qoyub çıxır. 
Dəfələrlə məşqçinin özünə valideynlər şikayət etsə də, kobud cavab alıb. Keçən həftə administratora şikayətimi bildirdim. Sadəcə susub baxdı, heç nə demədi. Halbuki məşqçi üçün əlavə ödəniş olunur və valideynin tələb etmək haqqı var.  etsin.
Dünən isə uşaqları yuyunmağa aparanda 2 nəfər 19-20 yaşlarında xanımın orada olduğunu görüb, yenidən şikayət etdim. Çünki bu məkanda qadın günü fərqlidir. Üstəlik, uşaq saatlarında hovuza böyüklər girmir. Bundan əlavə içəridə şərait və sanitariya da ürək açan deyil .Yaxınlıqda başqa hovuzlar olsa da, qiymətin bahalığına baxmayaraq, bu məkanın qaydaları xoşuma gəlmişdi deyə buranı seçmişdim. Lakin indi isə belə bir mənzərəylə qarşılaşmışıq”.


İlahə