“Bakı telefon Rabitəsi” MMC bu yaxınlarda elan etdiyi tenderə mənfi cavab alıb. Tribunainfo.az xəbər verir ki, dam örtüklərinin əsaslı təmirini həyata keçirmək istəyən quruma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən rədd cavabı verilib.
Həmin qərara əsasən 78.432,24 manatlıq xərc çəkilməsinin şişirdildiyi, MMC-nin qanunun bəzi tələblərini pozduğu qeyd edilib. Bildirilib ki, nəzarətedici orqan həmin tenderin nəticələrini məqsədəuyğun hesab etməyib.