“Bakı Telefon Rabitəsi” MMC dünən iki tenderinin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən biri soyutma sistemlərinin (kondisionerlərin) dövri və ya təkrar texniki xidmətin göstərilməsi ilə bağlıdır.
Belə ki, “Bakı Telefon Rabitəsi” MMC “EUROCLİMA” MMC ilə satınalma müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən MMC şirkətə 857.860 manat pul ödəyəcək.
İkinci tender isə SMS xidmətinin təqdim edilməsi üçün toplu SMS-lərin alınması ilə bağlıdır. Sözügedən qurum bu satınalma müqaviləsini isə “FİGENSOFT AZƏRBAYCAN” MMC ilə bağlayıb. Müqavilənin dəyəri isə 75.000 manatdır.