İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıya gəldi. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər sammitində iştirak üçün Bakıya gələn İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın səfəri Bakı-Tehran münasibətlərinin indiki durumuna görə diqqət mərkəzindədir.
Tribunainfo.az-a açıqlama verən politoloq Qabil Hüseynli Bakı-Tehran gərginliyini şərh edib.
Onun sözlərinə görə, Bakı-Tehran gərginliyi başa çatmayıb. Sadəcə olaraq bunun üçün daha əlverişli şəraitin bünövrəsi qoyuldu. Bu bünövrə üzərində münasibətləri inkişaf etdirmək olar.
Politoloq əlavə edib ki, “bir şərtlə ki, səfirliyimizə hücum edən adamın cəzası verilməlidir. Onun arxasında duran adamların kim olduğu müəyyən edilməlidir. Beləliklə də iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olan amillər aradan qalxmalıdır. Və bu istiqamətdə irəliləyişlər var”.