Bakı, Şuşa və Lənkəran kolleclərinə yeni direktor müavinləri təyin olundu

Bakı, Şuşa və Lənkəran kolleclərinə yeni direktor müavinləri təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Tribunainfo.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri müvafiq əmrlər imzalayıb.

Nərmin Hətəmova bu təyinatadək də Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecdə direktor müavini vəzifəsində çalışıb. Emil Vahabov isə 2023-cü ildən isə Masallı rayonu Boradigah qəsəbəsi N. Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edib. Aytən Ağayeva 2017-ci ildən son təyinata qədər UNEC nəzdində Qida Sənayesi Kollecində şöbə müdiri vəzifəsini icra edib.