Millət vəkili Bakı–Sumqayıt avtomobil yolunda mütəmadi yaranan tıxacla bağlı münasibət bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə deputat Əli Məsimli bildirib ki, tıxac problemi həddindən artıq ciddi məsələdir.
Deputat qeyd edib ki, diqqətçəkən məsələ Bakı–Sumqayıt yolundakı tıxacdır:
“Tədqiqat aparmaq lazımdır ki, bu yoldakı vəziyyət səhər 2 saat, axşam qayıdanda 2 saat tıxacda olan insanların psixikasına necə təsir göstərir? Mənə elə gəlir ki, bu, həddindən artıq ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar”.