Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da yola çıxmalı olan qatar texniki səbəblərdən hərəkət etməyib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova bildirib ki, sistemdə problem olub.
“Həmin saatda iki qatar yola çıxır. Sistemdə problem olduğu üçün qatarlar bir-birinin hərəkətini görə bilməyib. Nəticədə yubanma olub. Problem aradan qaldırılıb. Qatar artıq xəttə buraxılıb, yoldadır”.