“Bakı Sığorta” kiçilir, yığımlarında 48%-lik azalma olub

“Bakı Sığorta” kiçilir, yığımlarında 48%-lik azalma olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bakı Sığorta” ASC 2024-cü ilin yanvarında 260 min manat sığorta haqqı toplayıb.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin yanvarında topladığı sığorta haqqı 2023-cü ilin yanvarı ilə müqayisədə 241 min manat, yaxud da 48,1% azdır.
“Bakı Sığorta” ASC 2024-cü ilin yanvarında 143 min manat sığorta ödənişləri həyata keçirib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 min manat, yaxud da 2,7% azdır.
Xatırladaq ki, “Bakı Sığorta” ASC 2023-cü ildə 4 milyon 934 min manat sığorta haqqı toplayıb, bu, 2022-ci illə müqayisədə 1 milyon 410 min manat, yaxud da 22,2% azdır.
Sığorta ödənişlərinin məbləği 2 milyon 986 min manat olub, bu, 2022-ci illə müqayisədə 2,8%, yaxud da 495 min manat çoxdur.