“BAKI SIĞORTA” “AZƏRBAYCAN SƏNAYE SIĞORTA” NI MƏHKƏMƏYƏ VERDİ…

“BAKI SIĞORTA” “AZƏRBAYCAN SƏNAYE SIĞORTA” NI MƏHKƏMƏYƏ VERDİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki sığorta şirkəti məhkəmədə üz-üzə gəlib.

Tribunainfo.az yazır ki, “Bakı Sığorta” ASC “Azərbaycan Sənaye Sığorta” ASC-yə qarşı məhkəmədə iddia qaldırıb.

Iki sığorta şirkətini məhkəməlik edən səbəb mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə yaranmış mübahisələrdir.

İşə hakim Aida Hüseynin sədrliyi ilə baxılacaq. Iclas 7 iyul tarixində keçiriləcək.

Qeyd edək ki, hər iki sığorta şirkətinin ay ərzində kifayət qədər məhkəmə çəkişməsi var. Bu sığorta şirkətləri göstərdikləri xidmət səviyyəsinə görə dəfələrlə məhkəməyə verilib, hakim qarşısına çıxıblar. “Azərbaycan Sənaye Sığorta”nın elə qarşıdakı bir ay ərizində 6 məhkəmə çəkişməsi var.