Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin torpaq mübahisəsi böyüyüb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, yaranmış problem səbəbindən “Azneft” İB Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr, torpaq münasibətləri üzrə yarnmış mübahisədir.
İşə Bakı Apellyasiya Məhkəməsində 27 oktyabr tarixində hakim Mirzə Tağızadənin sədrliyi ilə baxılacaq.