Bakı Şəhər Heyvanat Parkı bu il təmizlik işlərinə 299 793 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, qurum “Klinfiks” MMC ilə müqavilə bağlamağı planlaşdırır.
Təmizlənəcək yerlər sanitar qovşaq, veterinar klinika, təsərrüfat bloku, bizonun evi və heyvanlar üçün mətbəx (yeməkxana) və yanında yerləşən sanitar qovşaqdır.