Bakı Şəhər Heyvanat Parkının bir sıra işlərin həyata keçirilməsi üçün elan etdiyi kotirovka sorğusu ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib. Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Kotirovka sorğusunun dəyəri 73 952 manatdır.
Buraya od söndürən balonların yenidən doldurulması, elektrik naqillərinin sınağı, izolasiyası, və torpaqlanma müqavimətinin ölçülməsi üzrə yoxlamanın aparılması və s. işlər daxildir.