Bakı-Şamaxı yolunda ana və 3 yaşlı qızını maşın vurdu – ANBAAN VİDEObackend

Bakı-Şamaxı yolunda ana və 3 yaşlı qızını maşın vurdu – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahvürdiyev Vüqar Vahid oğlunun idarə etdiyi “İsuzu” markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub.

Tribunainfo.az xəbər verir ki, hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirmiş azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Bir daha bütün sürücülərdən xahiş edirik ki, yollarda sürət həddinə ciddi əməl etsinlər, sükan arxasında telefondan istifadə etməsinlər və piyada keçidlərinə yaxınlaşdıqda diqqətli olsunlar. Nəzərə alsınlar ki, yolda ani bir diqqətsizlik sonda ağır bir faciəyə səbəb olur.