Bakı Sağlamlıq Mərkəzi “Sədərək” Firmasının “Dübrar” su zavodundan 16 396,57 manatlıq içməli su alır.
Qaynarinfo xəbər verir ki, sözügedən zavod Mərkəzin “İçməli suların və əlaqədar xidmətlərin satın alınması” ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi seçilib.
“Sədərək” Firmasının qanuni təmsilçisi Yunis Qədimbəylidir. O, “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin qardaşdırır.
Sədərk Firmasının da əslində Yusif Qədimbəyliyə məxsus olduğu bildirilib.
İddialara görə, “Dübrar” su zavodu da Qədimbəyli qardaşlarına məxsudur.
Bir neçə il əvvəl “Sədərk” Firması ilə bağlı mediada dərc edilən yazıda şirkət rəhbərliyinin “Sədərək” Ticarət Mərkəzində yalnız “Dübrar” sularının satışına icazə verdiyi bildirilirdi.
Bazarda işləyənlərin sözlərinə görə, bu suları “Sədərək” Firmasının rəhbəriyinə məxsus zavod istehsal edir.
Qarşı tərəfin bu iddiaları təkzib etdiyinə dair açıq heç bir məlumata rast gəlinmir.