Bakı rus yazıçını qara siyahıya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın tanınmış siyasətçi və yazıçısı Eduard Limonov Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfərlərinə görə rəsmi Bakının 2013-cü ildən tərtib etdiyi “Qara siyahı”ya salınıb. 

Rusiyanın tanınmış siyasətçi və yazıçısı Eduard Limonov Dağlıq Qarabağ ərazisinə qeyri-qanuni səfərlərinə görə rəsmi Bakının 2013-cü ildən tərtib etdiyi “Qara siyahı”ya salınıb.


TİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Hikmət Hacıyev “RİA Novosti”yə məlumat verib.

“Limonovun işğal edilmiş Azərbaycan torpaqlarına səfər etməsi xəbəri öz təsdiqini tapdı. Buna görə də onu sözügedən siyahıya əlavə etdik”, – deyə Hikmət Hacıyev bildirib.