Bakının məşhur restoranları Yeni il bayramı ilə bağlı şou proqram hazırlıqlarına başlayıbılar. Bəzi restoranların bayram gecəsi üçün nəzərdə tutulmuş proqramlarının qiyməti “dodaq uçuqladır”.
Tribunainfo.az oxucular üçün bir günlük Bakı restoranlarında Yeni il gecəsi proqramlarının qiymətini təqdim edir:
“Garden Hall Restaurant”da Yeni il gecəsi üçün hazırladığı şou proqramda iştirak etmək bir nəfər üçün 120 manatdır. Yeni il gecəsində müxtəlif musiqili qonaqlar iştirak edəcək.
“Hollywood Wedding” restoranında isə qiymətlər 300 manatdan başlayır. Yeni gecəsində iştirak etmək istəyənlər bilet əldə etməlidir. Biletlərin qiyməti 300, 400 və 500 manatadır. Qiymətə şouda iştirak, bayrama özəl menyu daxildir.
“Dreamland Restaurants”da da qiymətlər seçdiyiniz masaya görə dəyişir. Bir nəfər üçün qiymət 180, 220,160 manat arasında dəyişir. 12 yaşa qədər uşaqlar üçün isə 50 manat tələb edilir.
“Neolit” restoranında Yeni il gecəsində iştirak isə 300 manatdır. Qiymət bir nəfər üçün nəzərdə tutulub. Qiymətə bayrama özəl menyu daxildir.
“Grace Terrace” restoranında isə qiymətlər nisbətən münasibdir. Qiymət seçdiyiniz masaya görə 80 manatla 100 manat arasında dəyişir.
Nigar