Daim narazılığa səbəb olan “Azəriqaz” İstehsalat Birliyi daha bir dövlət müəssisəsi ilə problem yaşayır.
Tribunainfo.az xəbər verir ki, “Bakı Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi “Azəriqaz”ı məhkəməyə verib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər istehlak edilmiş qaz haqqının ödənilməsi üzrə problem yaşayır.
“Azəriqaz”la bağlı qaldırılmış iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. 3 fevral tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Azəriqaz” İB-in sədri Azər Məmmədovdur.
Tərəfləri dinləməyə hazırıq.
Gülşən