“Bakı Qida və Yağ Fabriki” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsiningömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Fabrikin işinə 28 mart tarixində Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar