Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib.
Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib.
TİA.AZ “Report”a istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.
“Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub. “Report”un Aran bürosu xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmraslanlı Amraslan Müşfiq oğludur.
Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.
Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.