Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafını daha da sürətləndirəcək. Bu fikri Tribunainfo.az-a “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi, hüquq müdafiəçisi Fuad Əliyev söyləyib. Onun fikrincə, iki dövlət arasında siyasi-iqtisadi əlaqələr, ticarət dövriyyəsi artacaq. F.Əliyev hesab edir ki, Kreml lideri Azərbaycanda rus dilinin inkişafına yüksək qiymət verməklə ölkəmizə diqqətini nümayiş etdirib. Hüquq müdafiəçisi 4 milyardı ötən ticarət dövriyyəsinin irəlidə artacağını gözləyir.
“Səfərin indi reallaşması mühüm əhəmiyyət kəsb edir. Rusiya ona dost olan ölkələrlə münasibətlərini inkişaf etdirir. Qərb ölkələri və Ermənistan görməlidir ki, Azərbaycan xarici siyasətini necə qurur. Biz qonşularla dostluq əlaqələrini dərinləşdirməyin tərəfdarıyıq. Bu gün Azərbaycan Rusiya ilə münasibətlərdə səmimi davranır və ikitərəfli əlaqələrə zərər vuracaq addımlar atılmır”, – deyə F.Əliyev bildirib. Hüquq müdafiəçisi istisna etmir ki, Azərbaycan Ukrayna-Rusiya böhranının həllində rol oynaya bilər. Hətta tərəflər razı olsalar, Bakı atəşkəsin əldə edilməsi üçün ev sahibliyi edə bilər.
Faiq