backend

“Bakı Putinin qərarını gözləyir” – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Rusiya arasında qarışılıqlı və hər iki tərəfin marağına cavab verən, yüksələn xətlə inkişaf edən çox ciddi münasibətər var. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə hesablanıb. 

Azərbaycan və Rusiya arasında qarışılıqlı və hər iki tərəfin marağına cavab verən, yüksələn xətlə inkişaf edən çox ciddi münasibətər var. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə hesablanıb.

Bu sözləri TİA.AZ-a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili bildirib ki, həm hər iki ölkə rəhbərinin şəxsi münasibətləri, həm də dövlətlərarası münasibətlər Azərbaycan üçün çox vacibdir:

“Hər iki dövlətin marağındadır ki, regionun təmsilçiliyi ilə bağlı bir istiqamətdən çıxış etsinlər. Azərbaycan birmənalı Rusiya üçün etibarlı tərəfdaş, dost ölkədir. Rusiya Ali Məhkəməsinin bu cür qərar qəbul etməsi təbii ki, təxribatdır. Bu iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə hesablanıb. 

Bunun qarşısı ciddi şəkildə alınmalıdır. Rusiyada olan təxribatçı qüvvələrin başında dayanan birmənalı olaraq erməni lobbisi və onun havadarlarıdır. Rusiya bölgədə böyük marağı olan və Minsk Qrupu çərçivəsində həmsədr dövlətdir. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini gündəmdən çıxarmaq üçün bu cür təxribatlara yol verirlər. Bu şəraiti ermənilər üçün Moskvada yaradan qüvvələr var. Bunun bariz nümunəsi 9 mayda Moskvada erməni icması tərəfindən qondarma bayrağın qaldırılması və buna şərait yaradılması, eyni zamanda, Zaxarovanın təxribatçı fikirləridir. ÜAK-la bağlı qərarı yaradan səbəbləri araşdırılmalı və Rusiya hakimiyyəti tərəfindən təxribatçı addımlara həm hüquqi, həm də mənəvi qiymət verilməlidir. Bu, ikitərəfli münasibətlərin inkişafına öz töhvəsini verəcək bir amil olar. Düşünürəm ki, Rusiyada təxribatçı qüvvələr tapılacaq və onların qarşısnı alınacaq”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.