Bakı polisi holland turisti heyrətləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən, ölkəyə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə məlumat verib. 

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən, ölkəyə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə məlumat verib.

Bu barədə TİA.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

V. Yakobs heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib.

Xarici dilləri bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər. Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun “Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər. Əcnəbi turist pulqabısının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, operativliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.