BAKI NƏQLİYYAT AGENTLİYİ HARA BAXIR – BU FOTOLARA DİQQƏT!backend

BAKI NƏQLİYYAT AGENTLİYİ HARA BAXIR – BU FOTOLARA DİQQƏT!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının iki ən böyük problemi avtomobil parklanması və piyada səkilərinin zəbt edilməsidir. Lakin Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə indiyə qədər heç bir iş görməyib. BNA bu illər ərzində parklanmanı təşkil edə bilməyib, amma müfəttişləri xəlvətcə dayanma-durma cəriməsi yazmaqda peşəkardırlar.
Paytaxtın Eldar Tağızadə küçəsində də hər iki problem yaşanır. Belə ki, piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil parklanması üçün ayrılıb. Tribunainfo.az yazır ki, səkilərin zəbt edilməsi qadağan olsa da, Bakıda bu qayda illərdir pozulur. Eldar Tağızadə küçəsinin Azadlıq prospekti ilə kəsişməsində də piyadalar üçün nəzərdə tutulmuş səki parkinqə çevrilib.

Tribunainfo.az