“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin 1 ədəd minik avtomobilinin alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Ləğvedilmənin səbəbi açıqlanmayıb.
Tenderin dəyəri 86 650 AZN olub.