Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu – 1 nəfər öldü

Bakı metrosunun 29 əməkdaşı koronavirusa yoluxdu – 1 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC-nin 29 əməkdaşı yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Bu barədə açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: “Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir”.