Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.
Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.
APA-nın verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.
***
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb, sərnişinlər təxliyə edilir.
“Report”un məlumatına görə, buna səbəb “28 May” – “Gənclik” metro stansiyaları arasında tuneldə tüstülənmənin baş verməsidir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası və təcili tibbi yardım maşınları cəlb olunub.
Hazırda tüstülənmənin səbəbləri araşdırılır.