Bakı metropoliteninin “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Bakı metropolitenindən verilən məlumata görə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub.
“Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb”, – məlumatda qeyd edilib.