Bakı metrosunda sərnişinlər üçün konsert proqramı təşkil olunacaq. Bakı metrosunda sərnişinlər üçün konsert proqramı təşkil olunacaq
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-da saat 13:15-də Bakı metrosunun stansiyalarında sərnişinlər üçün konsert proqramı başlayacaq.
XəzərXəbər xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, konsert proqramı “28 May”, “Elmlər Akademiyası”, “İçərişəhər” və “Bənövşəyi xətt”in “Memar Əcəmi” metro stansiyalarında baş tutacaq. Proqram yanvarın 2-də daxil olmaqla dörd gün davam edəcək.
N.Paşayev qeyd edib ki, sərnişinlər üçün əvvəl klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert hər stansiyada saat yarım müddətində olacaq.