Bakı metrosunda əxlaqsızlıq – Sərxoş kişi qadına GÖRÜN NƏ ETDİbackend

Bakı metrosunda əxlaqsızlıq – Sərxoş kişi qadına GÖRÜN NƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

TİA.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə metronun “Ulduz” stansiyasında baş verib.

Belə ki, 48 yaşlı Füzuli Məcidov (ad və soyad şərtidir – red) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

Füzuli Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.