Bakı metrosunda daha bir sərnişin relslərinin üzərinə yıxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb
 

Bu barədə məlumatı TİA.AZ-a “Bakı Metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. O bildirib ki, xoşbəxtlikdən həmin zaman stansiyada qatar olmayıb və həmin sərnişin xəsarət almayıb: “Bu gün saat 12:15 radələrində Bakı metrosunun “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb”. Xatırladaq ki, işə getdiyini bildirən Paşayev Nazim başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.NÜŞABƏ