“Azərtunelmetrotikinti” ASC –nin eks idarə rəisi Qasım Abdullayev “Bakı Metropoliteni” nə rəis gəlmək arzusundadı.
“Azərtunelmetrotikinti” ASC –nin eks idarə rəisi Qasım Abdullayev “Bakı Metropoliteni” nə rəis gəlmək arzusundadı.
2014-cü ilin martında Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) sədr təyin ediləndən sonra “Azərtunelmetrotikinti” ASC bu qurumun tabeliyinə verildi.
Bundan sonra qurumun rəhbəri Şaiq Əfəndiyevin rəhbərlik etdiyi qurumda kadr islahatlarına başlanıldı. Z. Hüseynov vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən bəzi idarə rəislərini işdən kənarlaşdırdı. Həyata keçirilən islahatlar nəticəsində, “Azərtunelmetrotikinti”nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin (İTKİ) rəisi Qasım Abdullayev də işindən uzaqlaşdırıldı.
Qeyd edək ki, İTKİ rəhbəri Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova yaxınlığı ilə seçilir.
Daha doğrusu, Qasım Abdullayevlə keçmiş məmurun həyat yoldaşı eyni rayondan, yəni Ağstafadandır. Bəzi mənbələr onların yaxın qohum olduğunu da söyləyir. Məhz sabiq rəislə qohumluq əlaqələrinin olması idarə rəhbərinin metroda bir sıra maliyyə maxinasiyalarını rahat şəkildə həyata keçirməsinə rəvac verib. O, təmsil etdiyi quruma müxtəlif növ texnikaların alınması zamanı qanunsuzluğa şərait yaradaraq müəyyən miqdarda vəsaiti şəxsi büdcəsinə keçirib. Bakı Metropoliteninin milyardlıq sifarişlərini həyata keçirən «Azərtunelmetrotikinti»nin büdcəsinə daxil olan vəsaitlərin böyük hissəsini rəis öz nəzarəti altına keçirib.
TİA.AZ-a daxil olan məlumatlara görə, Q.Abdullayev və T.Əhmədov münasibətləri hələ də qalır. T.Əhmədovun vəzifədən getməsinə baxmayaraq, hakim komandada hələ də nüfuzunun olması onun köhnə dostunu qorumasına imkan verir. Bəzi iddialara görə isə T.Əhmədov Q.Abdullayevin metroya rəis gəlməsinə kömək etməyə çalışır. Belə ki, saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, Q.Abdullayev Bakı Metro QSC-nin hazırkı rəisi Zaur Hüseynovla bağlı kompromat toplamaqla, hətta yaratmaqla məşğuldur. Bu kompromatlar ya mediaya, ya da T.Əhmədov vasitəsilə yuxarılara sızdırılır. Məqsəd yuxarıda qeyd etdiyimiz kimi, Z.Hüseynovu sıradan çıxarmaqdır.Amma eks idarə rəsinin istəyin həyata keçirmək çətin olacaq.
Çünki onun haqqında mətbuatda və yuxarı dairələrdə kifayət qədər xoşagəlməz məlumatlar var. Qeyd edək ki, Qasım Abdullayevin fəaliyyətindəki çatışmazlıq və neqativ məqamlarla bağlı vaxtilə mediada yazılar dərc edilib. 1999-cu ilin sentyabrından “Azərtunelmetrotikinti” ASC-nin sədri Şaiq Əfəndiyevin əmri ilə İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin edilən Q.Abdullayevin qurumda ciddi möhkəmlənməsi söhbət mövzusudur. Məhz bu vəzifəyə təyin olunandan sonra Qasım Abdullayevin maliyyə imkanları da xeyli genişlənib. Məlumata əsasən, 15-16 il idarə rəisi postunu tutan Qasım Abdullayev metro tikintisində təchizat sahəsinə aid bütün işlərə nəzarət edib. O da vurğulanır ki, İTKİ rəhbəri cəmiyyətin sədri Şaiq Əfəndiyevin etibarından istifadə edərək ciddi qanun pozuntularına imza atıb: “Müəssisəyə ağır texnikaların və metro tikintisində istifadə olunan digər avadanlıqların alınması məsələsi sırf Qasım Abdullayevin nəzarətində olub. O, maya dəyəri ucuz olan texnikaları və malları şişirtmə qiymətlərlə sənədləşdirərək külli miqdarda vəsaiti öz büdcəsinə yönəldib. Dəyəri on milyonlarla ölçülən tunel qazan qurğuların alınması zamanı idarə rəisi böyük gəlirlər əldə edib. Ümumiyyətlə, bu şəxsin maddi vəziyyəti çox yaxşıdır. Paytaxtda ticarət obyektləri, restoranları var. Həmçinin bölgələrdə turizm obyektləri tikdirib”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.