“Bakı Metropoliteni” tenderi fiziki şəxsə veribbackend

“Bakı Metropoliteni” tenderi fiziki şəxsə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC dünən növbəti tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, suxaric nasosların və avadanlıqlarının satınalınması prosesini əhatə edən müsabiqənin qalibi fiziki şəxs olub.
Belə ki, rəsmi mənbələrdə tenderin qalibi kimi Tərlan Sadiq oğlu Salmanov göstərilib. “Bakı Metropoliten”i isə bu şəxslə 132.146,37 manatlıq satınalma müqaviləsi imzalayıb.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, tenderin qalibi olmuş Tərlan Salmanov fiziki deyil, hüquqi şəxsdir. Belə ki, o, “Marsu” MMC-nin rəhbəridir. Bu məlumat internet resurslarından da təsdiqlənir.
Belə ki, “Marsu”MMC 1995-ci ildən hər növ su nasoslarının avadanlıqlarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda fəaliyyət göstərir. Bu şirkət həmçinin bir çox xarici şirkətlərin Azərbaycan üzrə rəsmi nümayəndəsidir.
Şirkət Əhməd Rəcəbli 236 ünvanında yerləşir.
Əsas sual budur ki, “Marsu” MMC-nin rəhbəri olan Tərlan Salmanov fiziki şəxs kimi necə tenderə qatılıb? Mahiyyət etibarı ilə o, rəhbərlik etdiyi şirkətin adını portalda qeyd etməliydi. Lakin bu baş verməyib. Qanuna əsasən isə tenderin nəticələri ləğv olunmalıdır.
Xatırladaq ki, “Marsu” MMC-nin rəhbəri bundan öncə də bir neçə dəfə fiziki şəxs kimi tenderlərə qatılıb və qalib olub. Onlardan biri də Bakı Mühəndislər Universitetinin 4300 manat dəyərində su nansoslarının təmiri və servis xidmətləri üçün keçirdiyi katirovka sorğusu olub.