“Bakı Metropoliteni” cərimələndibackend

“Bakı Metropoliteni” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 537.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Bakı Metropoliteni” məhsulların satılmasının (tədarükünün, göndərilməsinin), işlərin yerinə yetirilməsinin və xidmətlər göstərilməsinin dayandırılması və ya qadağan edilməsi haqqında dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yazılı tələbnamələrinin və qərarlarının yerinə yetirilməməsinə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 5 iyul tarixində keçiriləcək prosesə hakim Solmaz Mustafayeva sədrlik edəcək.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar