“Bakı Metropoliteni” QSC-də xidmət keyfiyyətinin artırılması ilə bağlı işlər hər zaman görülür
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, yeni qatarların Bakı metrosuna gətirilməsinə 2015-ci ildən başlanılıb.
“Həmin vaxt üç qatar, bu il isə iki qatar gətirilib. Bu proseslər davamlı olaraq aparılacaq. Bizim alacağımız qatarlar mütləq kondisionerli olacaq, informasiya-kommunikasiya texnologiyalarının təchizatı baxımından ən müasir tələblərə cavab verəcək”, – deyə B.Məmmədov əlavə edib.
Bundan başqa, B.Məmmədov əvvəlki nəsil qatarlarda kondisioner quraşdırılmasının qeyri-mümkün olmasını əlavə edib: “Çünki bu, konstruktiv məsələdir və bu məsələ gündəmdə deyil”.