“Bakı Metropoliteni” QSC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 497-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 26 avqust tarixində hakim Babək Pənahovun sədrliyi ilə işə baxılacaq.
Roman